Prezident Ərdoğan: "Terror təhdidi qarşısında səssiz qalmağımız qeyri-mümkündür"

Türkiye Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsində qətiyyətlə hərəkət edəcək.

1918625
Prezident Ərdoğan: "Terror təhdidi qarşısında səssiz qalmağımız qeyri-mümkündür"

Türkiye Suriya ilə sərhəddə təhlükəsizlik zonasının yaradılması məsələsində qətiyyətlə hərəkət edəcək.

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Türkiye-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün dekabrın 13-də Türkmənistana yola düşməzdən əvvəl paytaxt Ankarada keçirdiyi mətbuat konfransında Suriyanın şimalındakı quru əməliyyatı ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. 

"Bu işin ünvanı, bu işin tarixi söylənməz. Amma cənab (Rusiya prezidenti Vladimir) Putinlə Soçi razılaşmasında əldə etdiyimiz hədəflər məlumdur. Cənab Putinə telefon söhbətində bir daha xatırlatdım və hədəfimizin xüsusilə sərhəddən cənuba doğru, 30 kilometr dərinlikdə olduğunu bildirdim. Çünki çox təəssüf ki, ölkəmiz buradan daima terrorçuların təhlükəsi altındadır. Bu, son zamanlar ciddi şəkildə artıb. Bunun qarşısında səssiz qalmağımız qeyri-mümkündür. Bununla bağlı əsla güzəştə getməyəcəyik, çünki ölkəm terror təhdidi altındadır və bu səbəbdən heç kəsdən icazə alacaq deyilik", -deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr