Boz kateqoriyada axtarışda olan PKK-nın 2 üzvü zərərsizləşdirilib

Daxili İşlər Nazirliyi Şırnakda zərərsizləşdirilən 3 terrorçudan 2-nin boz kateqoriyada axtarılan separatçı terror təşkilatı PKK-nın dırnaqarası başçıları arasında olduğunu bildirib.

1918385
Boz kateqoriyada axtarışda olan PKK-nın 2 üzvü zərərsizləşdirilib

Türkiye Daxili İşlər Nazirliyi Şırnakda zərərsizləşdirilən 3 terrorçudan 2-nin boz kateqoriyada axtarılan separatçı terror təşkilatı PKK-nın dırnaqarası başçıları arasında olduğunu bildirib.

Nazirlikdən verilən məlumata görə, Şırnakda “Eren Abluka Payız-Qış-15 Əməliyyatı” antiterror əməliyyatı çərçivəsində həyata keçirilən əməliyyatda Güçlükonak rayonunun Qabar dağı bölgəsində 3 terrorçu silahları ilə zərərsizləşdirilib.

Zərərsizləşdirilən terrorçulardan birinin "Terrordan axtarılanlar siyahısı"nda "boz" kateqoriyada yer alan təşkilatın dırnaqarası məsul şəxslərindən YJA-Star "Sılav Koçer" kod adlı Behiye Kaçar olduğu müəyyən edilib.

Boz kateqoriyada olan digər terrorçunun isə təşkilatın xüsusi təyinatlı adlandırılan bölməsində olan “Agit Nizip” kod adlı Yakup Dəmir olduğu müəyyən edilib.

6 may 2019-cu il tarixində 6-cı Piyada Komando Briqada Komandanlığının Qabar dağı Karageçit məntəqəsində həyata keçirdiyi əməliyyatda piyada əsgər Görkem Akkuşun şəhid olduğu silahlı hücumda terrorçu Dəmirin də iştirak etdiyi aşkarlanıb.

Əməliyyatların davam etdirilməsi zamanı qarşıdurmada iştirak edən və mağarada sıxışan PKK-nın dırnaqarası Qabar cəbhəsi Geli komandasından məsul olan “Bermal Zilan” kod adlı Mehriban Sekmen silah və texnikası ilə birlikdə sağ ələ keçirilib.

Terrorçu saxlanıldıqdan sonra məhkəmə tərəfindən həbs edilib.
Qeyd edək ki, terror təşkilatı PKK/KCK-PYD/YPG-nin 2017-ci ildə Hakkarinin Şəmdinli çölündə həyata keçirdiyi çoxsaylı silahlı hücumlarda iştirak edib.



Әlaqәli Xәbәrlәr