Prezident Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərin suallarını cavablandırıb

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın bir ay ərzində uçuşa başlaya biləcəyini bildirib.

1917562
Prezident Rəcəb Tayyib Ərdoğan Samsun şəhərində gənclərin suallarını cavablandırıb
erdogan.jpg
erdogan samsun.jpg

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyenin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma"nın bir ay ərzində uçuşa başlaya biləcəyini bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan bunu Samsun şəhərində Ömər Halisdəmir İdman Kompleksində gənclərlə görüşündə ifadə edib.

Yeni qurulan təsisatların açılış mərasimindən sonra keçirilən görüşdə ali təhsil almaq, peşə qazanmaq, mütəxəssis olmaq məsələlərində xatirələrini bölüşən gənclər gələcək planlarından, karyera qurmaq istəklərindən danışaraq diqqətə çatdırıblar ki, ölkədə həyata keçirilən nəhəng quruculuq layihələri bir tərəfdən yeni iş yerlərinin açılmasına təkan verirsə, digər tərəfdən gənclərdə özünəinam hissini artırır.

Gənclərin suallarını cavablandıran dövlət başçısı qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.

Türkiyenin milli müdafiə sənayesində bir çox şeyi geridə qoyduğunu ifadə edən Ərdoğan deyib:

“Biz vəzifəyə başlayanda (2002-ci ildə) müdafiə sənayesi 20 faiz yerli idi, indi 80 faiz yerlidir. İndi "F-16" döyüş təyyarələri üçün sursat hazırlayırıq. İndi raketlərimizi yaratmağa başlamışıq".

Türkiyenin raket istehsalının Yunanıstanı qorxutduğunu vurğulayan Ərdoğan əlavə edib ki, "Tayfun" (raket) deyirsən, yunan qorxur, “Afinanı vuracaq” deyir. Təbii ki, vuracaq. Dinc durmasanız, Amerika Birləşmiş Ştatlarından (ABŞ) adalara, ordan-burdan nəsə almağa çalışsanız, Türkiye kimi bir ölkə yəqin ki, addım atacaq, nəsə etməlidir. 

ABŞ-ın Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə silah və sursat göndərməsinə reaksiya verən Ərdoğan deyib:

“Bunu onlara dəfələrlə desəm də, onların vecinə deyil. Dedim ki, bağışlayın, biz NATO-da sizinləyik, bir yerdə olsaq da, bizə qarşı bu səhvi edirsiniz və terror təşkilatının tərəfindəsiniz".

Dövlət başçısı müdafiə sənayesi, təbii qaz təchizatı, o cümlədən yeni texnologiyalara sahib olmaq istiqamətində Türkiyədə atılan addımlardan danışıb. Prezident “Bayraktar Kızılelma”nın möhtəşəm olduğunu ifadə edərək ona gözəl uçuşlar arzu edib.



Әlaqәli Xәbәrlәr