Hulusi Akar Yunanıstana reaksiya verdi

Hulusi Akar Yunanıstanın əsassız, məntiqsiz və qeyri-qanuni tələb və iddialar, təxribat xarakterli hərəkətlər və aqressiv ritorika ilə gərginliyi artırmağa davam etdiyini bildirib.

1917906
Hulusi Akar Yunanıstana reaksiya verdi

Yunanıstan əsassız, məntiqsiz və qeyri-qanuni tələb və iddialar, təxribat xarakterli hərəkətlər və aqressiv ritorika ilə gərginliyi artırmağa davam edir.

Bunu milli müdafiə naziri Hulusi Akar özünün sədrliyi ilə Türkiye  Silahlı Qüvvələrinin (TSQ) komandanlığı və birlik komandanlarının iştirakı ilə  keçirilən videokonfransda deyib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin terroru mənbəyində aradan qaldırmaq strategiyası ilə sərhədlərin təhlükəsizliyini təmin etdiyini, ölkə daxilində və hüdudlarından kənarda bütün terror təşkilatlarına qarşı mübarizə apardığını bildirib:

“Dənizlərimizdə və səmamızda hüquq və mənafelərimizi əzm və qətiyyətlə qoruyur, regional və dünya sülhünə töhfə vermək üçün böyük səylər göstəririk.

H.Akar Egey və Şərqi Aralıq dənizində baş verən son hadisələrə toxunaraq deyib:

“Yunanıstan əsassız, məntiqli və qanunsuz tələb və iddialarla, davamlı təxribatçı hərəkətlər və aqressiv ritorika ilə gərginliyi artırmaq üçün hər cür cəhd edir. Yunanıstanın hər cür ədalətsiz və qanuna zidd hərəkətlərinə cavab çərçivəsində diplomatik və sahədə lazımi cavab verilir.

Bizim gözləntimiz ondan ibarətdir ki, bəzi yunan siyasətçiləri və hərbi xadimləri daxili siyasi məqsədlər üçün öz barışmaz və təxribatçı mövqelərindən dərhal əl çəksinlər, problemlərin dialoq yolu ilə həllinə diqqət yetirsinlər və tarixdən dərs götürsünlər. Gələcəyinin yaxşı olmasını arzu edənlər dünənin və bu günün səhv hərəkətlərindən üz döndərsinlər".



Әlaqәli Xәbәrlәr