“Həyat bahalığı problemini tədricən həll edirik”, R.T.Ərdoğan

İstanbulda keçirilən Türkiyə İnnovasiya Həftəsi İnovaliq Çempionları Mükafat Mərasimində çıxış edən Ərdoğan deyib...

1917782
“Həyat bahalığı problemini tədricən həll edirik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ildə yerli neft hasilatını gündəlik 100 min barrelə çatdırmağı planlaşdırdıqlarını söylədi.

  İstanbulda keçirilən Türkiyə İnnovasiya Həftəsi İnovaliq Çempionları Mükafat Mərasimində çıxış edən Ərdoğan deyib: "20 il əvvəl müdafiə sənayesində fəaliyyət göstərən şirkətlərin sayı 56 olduğu halda, bu gün eyni sahədə 1600-dən çox şirkətimiz var. Müdafiə sənayesində 248 milyon dollarlıq ixracat rəqəmi bu il 4 milyard dolları keçməkdədir.

  Türkiyəni NATO müttəfiqlərinə yüksək texnologiyalı məhsullar satan ölkəyə çevirdik. Tender prosesi davam edənlərlə birlikdə müdafiə sənayesi layihələrinin büdcəsi təxminən 5,5 milyard dollardan 75 milyard dolların üzərinə çıxıb.

  2023-cü ildə yerli neft hasilatını gündəlik 100 min barrelə çatdırmağı planlaşdırdıq.

  Türkiyə və sənayesinin qürur mənbəyi olacaq yerli elektrik avtomobili TOGG-u bir neçə ay sonra yollarda görməyə başlayacaqsınız.

  Biz Avropa və ABŞ daxil olmaqla bütün dünya üçün ən böyük məsələ olan həyat bahalığı problemini tədricən həll edirik.

  Türkiyəni dünyanın ən yaxşı 10 iqtisadiyyatı sırasına daxil edənə qədər mübarizəmizi qətiyyətlə sürdürəcəyik.”



Әlaqәli Xәbәrlәr