“Türkiyə-Əlcəzair əməkdaşlığı bütün regiona faydalıdır”, M.Çavuşoğlu

Türkiyə-Əlcəzair Ortaq Planlaşdırma Qrupu (OPG) toplantısından sonra keçirilən birgə mətbuat konfransında media nümayəndələrinə açılamalar verən M.Çavuşoğlu çıxışında deyib...

1917318
“Türkiyə-Əlcəzair əməkdaşlığı bütün regiona faydalıdır”, M.Çavuşoğlu

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əlcəzair və Türkiyə arasında əməkdaşlığın bütün region üçün faydalı olacağını bildirib.

  Türkiyə-Əlcəzair Ortaq Planlaşdırma Qrupu (OPG) toplantısından sonra keçirilən birgə mətbuat konfransında Əlcəzairin xarici işlər naziri Ramtane Lamamra ilə media nümayəndələrinə açılamalar verən M.Çavuşoğlu çıxışında deyib: “Əlcəzairlə ticarət, kənd təsərrüfatı, balıqçılıq, sənaye, enerji, dənizçilik, hərbi, müdafiə sənayesi, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. İkitərəfli ticarət ötən illə müqayisədə 30 faiz artıb, 5 milyard dolları keçməkdədir. Ölkələrimiz arasında ticarət həcminin 10 milyard dollara çatması üçün hər addımı atmağa davam edirik.

  Dünyada enerji böhranları yaşanır. İki ölkə arasında enerji əməkdaşlığı təbii qaz ticarəti, mədənçilik və birgə kəşfiyyat fəaliyyətləri kimi fərqli ölçülərdə vardır. Dəniz nəqliyyatı və ortaq gəmi istehsalı ilə bağlı da danışdıq.

  Türkiyə ilə Əlcəzair arasında həftəlik uçuşların sayının 55-ə yüksəlməsi ilə xalqlarımız arasında da görüşlər artacaq.

  İki ölkə arasında hərbi əməkdaşlıq və müdafiə sənayesində atıla biləcək addımları müzakirə etdik.

  Türkiyə Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı mübarizəsində verdiyi güclü dəstəyə görə Əlcəzairə təşəkkürünü bildirir.

  İki ölkənin Fələstinlə bağlı mövqeyi eynidir və dəyişməyəcək. Liviyada da qalıcı sülh və sabitlik mövzusunda Türkiyə ilə Əlcəzair həmfikirdir.

  Qardaşım Ramtane Lamamranı Antaliya Diplomatiya Forumuna dəvət edirik. Görüşmək ümidiylə."



Әlaqәli Xәbәrlәr