Bolqarıstan Prezidenti bu gün Türkiyəyə işgüzar səfər edəcək
Bolqarıstan Prezidenti Rumen Radev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.

Bolqarıstan Prezidenti Rumen Radev prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edəcək.
Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına əsasən, Prezident Rəcəb Tayyin Ərdoğan İstanbulda Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşəcək.
Vahdettin köşkündə baş tutacaq görüşdə Türkiyə ilə Bolqarıstan arasındakı ikitərəfli əlaqələrin müxtəlif aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.
Görüşdə həmçinin aktual regional və qlobal hproseslər ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan görüşdən sonra həmkarı ilə birgə mətbuat konfransında çıxış edəcək.
Qeyd edək ki, Türkiye Prezidenti Radevin şərəfinə şam yeməyi verəcək.
Әlaqәli Xәbәrlәr

“5-ci Məhsuldarlıq və Texnologiya Sərgisi”nin açılışı olub
Milli Texnologiya Hərəkatı sayəsində Türkiyenin yeni əsri barə danışıqlar aparılır.