İbrahim Kalın və Cek Sullivan arasında telefon danışığı olub

Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan ilə telefon əlaqəsi saxlayıb.

1916140
İbrahim Kalın və Cek Sullivan arasında telefon danışığı olub

Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan ilə telefon əlaqəsi saxlayıb.
Prezident Aparatının mətbuat xidmətindən verilən məlumata əsasən,
görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələrlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Rusiya-Ukrayna müharibəsi, Şərqi Aralıq dənizi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi, Suriya, İraq və terrorla mübarizə başda olmaqla regional məsələlər qiymətləndirilib.
Görüşdə ''G20'' çərçivəsində Balidə liderlər səviyyəsində keçirilən görüşdən məmnunluq ifadə edilərək qlobal və regional məsələlər ilə bağlı dialoq və məsləhətləşmələrin davam etdirilməsi mövzusunda razılıq əldə edilib. İki NATO müttəfiqi olan Türkiye və ABŞ-ın strateji prioritetlər və ortaq maraqlara diqqət yetirməsinin əhəmiyyəti vurğulanıb. Müdafiə sənayesi sahəsində davam edən əməkdaşlığın əhəmiyyətinin vurğulandığı görüşdə Türkiyenin F-16 tədarükü və modernizasiya tələbinin ABŞ Konqresi tərəfindən təsdiqləmə prosesinin qeyd-şərtsiz tamamlanması ilə bağlı gözləntiləri qarşı tərəfə çatdırılıb.

Görüşdə həmçinin Ukrayna müharibəsinin  qlobal miqyasda böhranı daha da dərinləşdirdiyi və müharibənin sona çatdırılmasının vacibliyi vurğulanıb. Türkiyenin əsir mübadiləsi və taxıl sazişi daxil olmaqla, atəşkəsə zəmin yarada biləcək diplomatik təşəbbüslərini qətiyyətlə davam etdirdiyi bildirilib.

Türkiyenin Suriya və İraqda həyata keçirdiyi əməliyyatlarda milli təhlükəsizliyə təhdid olan PKK/PYD/YPG terror təşkilatlarının hədəf alındığı vurğulanıb. Terror hücumlarına məruz qalan Türkiyenin BMT Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ olduğu xatırladılıb. Türkiyenin hər cür terror təhlükəsi və təhdidlərini aradan qaldırmaq məsələsində qətiyyətli olduğu bildirilib.

Söhbət zamanı Finlandiya və İsveçin əldə etdiyi irəliləyişdən duyulan  məmnunluq ifadə edilib və üçtərəfli memorandumdakı bütün öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr