"Yunanıstan tərk-silah edilmiş adaların statusunu pozmağa son qoymalıdır", M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə nazirlikdəki görüşündən sonra paytaxt Ankarada təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

1915434
"Yunanıstan tərk-silah edilmiş adaların statusunu pozmağa son qoymalıdır", M.Çavuşoğlu

"Yunanıstan tərk-silah edilmiş adaların statusunu pozmağa son qoymalıdır".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə nazirlikdəki görüşündən sonra paytaxt Ankarada təşkil edilən birgə mətbuat konfransında deyib.

M.Çavuşoğlu Yunanıstanın Rodos və Midilli adalarında keçirdiyi hərbi təlimlə bağlı sualına isə, "Təəssüf ki, Yunanıstan təxribat törətməkdə davam edir. Təbii ki, bizim bunun qarşısında susmağımız mümkün deyil" cavabını verib. 

Nazir Çavuşoğlu Yunanıstanın tərk-silah edilmiş adaların statusunu pozmasından sonra Türkiyenin Birləşmiş Millətlər Təşkilatına (BMT) hüquqi arqumentlər ehtiva edən məktublar ünvanlamasının Yunanıstanı dəli etdiyini bildirib:

"Adını çəkdiyimiz adalar və bəzi adalar 1923-cü il Lozanna və 1947-ci il Paris sülh müqavilələri ilə Yunanıstana verilmişdi və bir şərtlə verilmişdi. Yunanıstan bu əraziləri silahlandıra bilməz, çünki bu müqavilə "sülh müqaviləsi" adlanır və buna görə də Yunanıstan buralara silah gətirə bilməz".

Yunanıstanın müqavilə öhdəliklərini yerinə yetirmədiyini qeyd edən Çavuşoğlu tərk-silah edilmişadaların statusu ilə onların suverenliyi arasında birbaşa əlaqənin olduğunu da vurğulayıb.

Mövlud Çavuşoğlu deyib ki, Yunanıstan bu pozuntudan əl çəkməsə, onların suverenliyi müzakirə olunacaq. Digər tərəfdən, Yunanıstan mənfi addımlar atır, bu əraziləri silahlandırır, təhlükəsizliyimiz üçün bu razılaşmalara baxmayaraq başqa addımlar atır. Ona görə də bizim bunlar qanşısında sakit qalmağımız mümkün deyil. Yəni Yunanıstan tərk-silah edilmiş adaların statusunu pozmaqdan əl çəkməlidir. Ya Yunanıstan bu məsələdə geri addım atar və bu razılaşmalara əməl edər, yoxsa biz lazım gələn addımı atarıq.  Həm hüquqi müstəvidə, həm beynəlxalq təşkilatlar, həm də BMT başda olmaqla lazımı addımları atmaqda davam edəcəyik.



Әlaqәli Xәbәrlәr