Türkiye və Azərbaycan hərbçilərinin keçirdiyi təlimdə gecə vaxtı tapşırıqlar icra edilib
Türkiye və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Türkiye və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətin in məlumatına görə, təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər.
Әlaqәli Xәbәrlәr

Türkiyedə 7.4 bal gücündə zəlzələ olub
Türkiyenin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ olub. (YENİLƏNİB)

“Ermənistan Azərbaycan və Türkiyə prezidentlərinin əlini tutmalıdır”, H.Akar
Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində söyləyib...