İraq və Suriyada fəaliyyət göstərmiş terrorçu təslim olub

Türkiyə Daxili İşlər Nazirliyi və Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamalarda bildirilir...

1914312
İraq və Suriyada fəaliyyət göstərmiş terrorçu təslim olub

 

  Separatçı terror təşkilatı PKK-dan qaçan terrorçu təslim olub.

  Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan razılaşdırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan bir üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Onun 1995-ci ildə terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdiyi müəyyən edilib.

  Qeyd edək ki, 2022-ci ildə təhrik yolu ilə təslim olan təşkilat üzvlərinin sayı 117 olub.

  Suriyanın şimalında aşkarlanan separatçı terror təşkilatı PKK/YPG-dən iki terrorçu zərərsizləşdirilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir: “Səngərlərdə hücuma cəhd edən terrorçuları məhv etməyə davam edirik. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında aşkarladığı 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Mübarizəmiz qətiyyətlə davam edir".



Әlaqәli Xәbәrlәr