II Beynəlxalq Strateji Kommunikasiya Sammitinin məqsədi və əhəmiyyəti
İstanbulda “Qeyri-müəyyənlik dövründə strateji kommunikasiya” mövzusu ilə təşkil edilən sammit dünyanın hər yerindən ekspertləri bir araya topladı
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamenti tərəfindən təşkil edilən II Beynəlxalq Strateji Kommunikasiya Sammiti (Stratcom Summit) başa çatdı.
İstanbulda “Qeyri-müəyyənlik dövründə strateji kommunikasiya” mövzusu ilə təşkil edilən sammit dünyanın hər yerindən ekspertləri bir araya topladı.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın video-müraciətlə iştirakçılara müraciət etdiyi sammitin açılış nitqini Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fahrettin Altun etdi.
Sammit zamanı 24 ölkədən strateji kommunikasiyalar sahəsində ekspertlər, rəhbərlər, akademiklər, dövlət və özəl sektor nümayəndələri və media mütəxəssislərindən ibarət 52 məruzəçi öz bilik və təcrübələrini qonaqlarla bölüşüb.
İstanbulda 3 minə yaxın yerli və xarici iştirakçının qatıldığı sammitdə dezinformasiya ilə mübarizədən tutmuş vətəndaş yönümlü ünsiyyət yanaşmasına, rəqəmsallaşmadan ictimai rabitəyə qədər bir çox mövzu müzakirə edilib.
Sammitdə 40 ölkənin kommunikasiya, media və informasiya siyasətinə rəhbərlik edən yüksək səviyyəli rəsmilər aarsında kommunikasiyanın keçmişi, bu günü və gələcəyi ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Öz sahəsində qabaqcıl platforma olan, mədəni fəaliyyətləri və yan tədbirləri ilə kommunikasiya sahəsinin çoxşaxəliliyini göstərən Beynəlxalq Strateji Kommunikasiya Sammiti kommunikasiya sahəsində peşəkarlığın, idarəçiliyin, davamlılığın və liderlik qabiliyyətinin artırılması məqsədi daşıyırdı.
Әlaqәli Xәbәrlәr
“Hazırda hədəfimiz insansız sualtı qayıqlar hazırlamaqdır”, R.T.Ərdoğan
Prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada əsgərlərlə iftar yeməyində bir araya gəlib.