Rəcəb Tayyib Ərdoğan və Rişi Sunak arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla əlaqəsi saxlayıb.

1914150
Rəcəb Tayyib Ərdoğan və Rişi Sunak arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə telefonla əlaqəsi saxlayıb.
Bu barədə Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilib.
Məlumata görə, telefon danışığı zamanı ölkələrarası münasibətlər və Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.
Bildirilib ki, danışıq əsnasında Türkiyə-Birləşmiş Krallıq əlaqələri, həmçinin ticarət və müdafiə sənayesi sahəsində atılacaq addımlar müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan görüş zamanı iki NATO müttəfiqi olaraq sağlam düşüncə və strateji perspektivin əlaqələrə hakim olmağa davam edəcəyinə inandığını bildirib.
Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqlar üçün zəminin tezliklə bərpasının, həmçinin Kıbrıs probleminin həlli üçün yeni və konkret addımların atılmasının vacibliyinə diqqət çəkib.



Әlaqәli Xәbәrlәr