Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Türkiyenin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfi terror təşkilatlarıdır.

1913650
Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Milli Təhlükəsizlik Şurası Türkiyenin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfinin terror təşkilatları olduğunu bildirib və bölgədə hər hansı terror təşkilatının mövcudluğuna və fəaliyyətinə icazə verilməyəcəyini vurğulayıb.

Dekabrın 1-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilən toplantıdan sonra bəyanat yayılıb.

Bəyanatda bildirilib ki, yığıncaqda PKK/KCK, PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatları başda olmaqla milli birlik və bərabərlik ilə ölkənin gələcəyinə qarşı hər cür təhdid və təhlükəyə qarşı ölkə daxilində və xaricdə əzm, qətiyyət və uğurla həyata keçirilən əməliyyatlar barədə Milli Təhlükəsizlik Şurasına məlumat verilib və əlavə tədbirlər müzakirə edilib.

Bəyanatda Türkiyenin cənub sərhədlərində həyata keçirilən əməliyyatların yeganə hədəfinin terror təşkilatları olduğu bildirilib və bunlar qeyd edilib:

“Ali millətimizin və bənzərsiz ölkəmizin müdafiəsini və təhlükəsizliyini təmin etmək məqsədilə BMT Nizamnaməsinin 51-ci maddəsi çərçivəsində cənub sərhədlərimiz boyunca həyata keçirilən əməliyyatların yeganə hədəfinin terror təşkilatları olduğu, bölgəmizdə sərhədlərimizi, şəhərlərimizi, vətəndaşlarımızı və təhlükəsizlik qüvvələrimizi hədəf alan hər hansı terror təşkilatının mövcudluğuna və fəaliyyətinə icazə verilməyəcəyi və bunun üçün lazım olan hər addımın qətiyyətlə atılacağı vurğulanmışdır.

Bəyanatda Türkiyenin Yunanıstanla olan əlaqələrdə uzlaşmaqdan, problemləri dialoqla həll etməkdən tərəf olduğu, amma Yunanıstanın bu addımlara laqeyd yanaşdığı vurğulanıb və Yunanıstanın beynəlxalq hüquq və razılaşmaları pozan fəaliyyətlərinə, xüsusilə qeyri-hərbi statusdakı adaların silahlandırılmasına tezliklə son qoymasının gözlənildiği ifadə edilib.



Әlaqәli Xәbәrlәr