"TRT World Forum 2022" 9-10 dekabr tarixlərində başlayacaq

"TRT World Forum 2022" 9-10 dekabr tarixlərində İstanbulda VI ilində “Gələcəyin Formalaşdırılması: Qeyri-müəyyənliklər, Reallıqlar və Fürsətlər” mövzusu ilə keçiriləcək.

1912926

Türkiye Radio və Televiziya Qurumunun (TRT) verdiyi açıqlamaya görə, yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbiylə 2020 və 2021-ci illərdə onlayn təşkil edilən "TRT World Forumu" dünyanın hər yerindən əhəmiyyətli şəxsləri İstanbulda qonaq edəcək. 

Cari il 34 ölkədən 100-ə yaxın məruzəçinin iştirakı ilə altıncı dəfə keçiriləcək "TRT World Forumu" qlobal problemləri müzakirə etmək və həll yollarını təklif etmək üçün dünyanın hər yerindən liderləri, ekspertləri, alimləri və məşhur adları bir araya gətirməyi hədəfləyir.

Forumda açıq sessiyalar və dəyirmi masa görüşləri ilə enerjidən qlobal miqrasiya böhranına, ərzaq təhlükəsizliyindən islamafobiyaya qədər bir çox mövzular müzakirə olunacaq.

“Gələcəyin formalaşdırılması: qeyri-müəyyənliklər, reallıqlar və imkanlar” mövzusunda keçiriləcək forum 9-10 dekabr tarixlərində baş tutacaq.

Prezident Rəcəb Tayyib Ərdoğanın forumda iştirakı və çıxışı gözlənilir.

"TRT World Forum 2022" üçün qeydiyyatlar www.trtworldforum.com saytından aparıla bilər.

Әlaqәli Xәbәrlәr