Mövlud Çavuşoğlu gündəmdəki aktual məsələləri qiymətləndirib
Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri toplantısından sonra keçirdiyi mətbuat konfransında gündəmdəki aktual mövzuları qiymətləndirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı mümkün quru əməliyyatı ilə bağlı deyib: "Biz Türkiyənin qarşısını almaq cəhdlərini görürük. NATO müttəfiqlərindən dəstək gözləyirik".
Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-ya üzv dövlətlərin xarici işlər nazirləri toplantısından sonra keçirdiyi mətbuat konfransında gündəmdəki aktual mövzuları qiymətləndirib.
Başda Amerika Birləşmiş Ştatları olmaqla “Suriyadakı terror hədəflərini havadan vurun, qurudan daxil olmayın” şəklində Türkiyənin qarşısını almaq cəhdlərinin olduğunu vurğulayan Mövlud Çavuşoğlu Türkiyənin müttəfiqlərindən dəstək gözlədiyini bəyan edib.
Mövlud Çavuşoğlu deyib: "Bəzi müttəfiqlərin, xüsusən də ABŞ-ın Suriyadakı terror təşkilatlarına dəstəyi göz qabağındadır. Ona görə də deyirik ki, bu cür dəstəyə son qoyulmalıdır".
Mövlud Çavuşoğlu həmçinin İsveç və Finlandiya ilə əldə olunan üçtərəfli razılaşmanı qiymətləndirib.
"Atılan addımları və İsveçin yeni hökumətinin əvvəlki hökumətdən daha qətiyyətli olduğunu vurğuladıq və onları alqışladığımızı da bildirdik. Ancaq məsələ ilə bağlı konkret addımın atıldığını görmədiyimizi bildirdik''.
Әlaqәli Xәbәrlәr

Türkiyenin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” başa çatıb
Türkiye Cümhuriyyəti tarixinin ən geniş iştiraklı hərbi təlimi başa çatıb.