Mövlud Çavuşoğlu Buxarestdə ikitərəfli görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici işlər nazirlərinin yığıncağına qatılmaq üzrə Rumıniyanın paytaxtı Buxarestə səfər edib. (YENİLƏNİB)

1912657
Mövlud Çavuşoğlu Buxarestdə ikitərəfli görüşlərini davam etdirir

Xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Xarici İşlər Nazirləri Toplantısı üçün olduğu Rumıniyanın paytaxtı Buxarestdə təmaslarını davam etdirir.

Çavuşoğlu Almaniyanın xarici işlər naziri Annalena Baerbok, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və Slovakiyanın xarici işlər naziri Rastislav Kacer ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Çavuşoğlu görüşlərlə bağlı sosial media hesabında paylaşım edib.

"Almaniyalı həmkarımla görüşümüzdə terrorla mübarizənin bütün NATO müttəfiqlərinin ümumi məsuliyyəti olduğunu xatırlatdıq. Ukraynalı həmkarımla görüşdə vurğuladıq ki, Ukraynanın ərazi bütövlüyünə və daimi atəşkəs səylərimizə dəstəyimiz bundan sonra davam edəcək. Son ikitərəfli görüşümüzü Buxarestdə slovakiyalı həmkarım Kacerlə keçirdik. Görüşdə Ukrayna da daxil olmaqla regional hadisələri müzakirə etdik.

M.Çavuşoğlu “Twitter” hesabından paylaşdığı açıqlamada estoniyalı həmkarı Reinsalu və Portuqaliyanın xarici işlər naziri Cravinho ilə keçirdiyi görüşdə ikitərəfli iqtisadi əlaqələr başda olmaqla, NATO-nun əhatə dairəsinin genişlənməsi və Ukraynadakı müharibə ilə bağlı cərəyan edən proseslərin müzakirə edildiyini bildirib.

Digər tərəfdən, xarici işlər naziri Çavuşoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Nazirlikdən verilən məlumata görə, Çavuşoğlu Abdullahiyanla görüşündə qarşıdakı dövrdə həyata keçiriləcək qarşılıqlı səfərlərə hazırlıq məsələlərini müzakirə edib.

Nazir Çavuşoğlu Meredov ilə isə Türkiye-Azərbaycan-Türkmənistan Üçtərəfli Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə edib.

Mövlud Çavuşoğlu britaniyalı həmkarı ilə görüşü ilə bağlı olaraq isə “Ukraynadakı son hadisələri, iqtisadi və müdafiə sahəsində əməkdaşlığımızı müzakirə etdik" deyib.

Çavuşoğlunun hollandiyalı həmkarı Hoekstra ilə görüşündə isə Ukraynadakı proseslər və NATO-nun genişlənməsi müzakirə edilib.



Әlaqәli Xәbәrlәr