Hulusi Akar fransalı və israilli həmkarları ilə telefonla danışıb

Milli müdafiə naziri Hulusi Akar Fransanın müdafiə naziri Sebastyan Lekornu və İsrailin müdafiə naziri Benni Qantz ilə telefonla danışıb.

1912606

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Akar və Lekornu telefon danışığında ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir H.Akar vəzifəsindən ayrılacağına görə vida etmək məqsədilə ona zəng edən israilli nazir Qantza da iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar və qarşılıqlı həssaslıqlara hörmət əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

H.Akar həmçinin ikitərəfli əlaqələrə verdiyi töhfəyə görə B.Qantza təşəkkür edib və ona cansağlığı, xoşbəxtlik və yeni siyasi fəaliyyətində uğurlar arzulayıb.

Әlaqәli Xәbәrlәr