Mövlud Çavuşoğlu isveçli və finlandiyalı həmkarları ilə görüşüb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçin xarici işlər nazirləri ilə görüşüb.

1912580
Mövlud Çavuşoğlu isveçli və finlandiyalı həmkarları ilə görüşüb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçin xarici işlər nazirləri ilə görüşüb.
Mövlud Çavuşoğlu NATO-ya üzv dövlətlərin XİN rəhbərlərinin toplantısı ilə əlaqədar Rumıniyanın paytaxtı Buxarestə səfər edib.
M.Çavuşoğlu bu çərçivədə isveçli və finlandiyalı həmkarları ilə görüş keçirib.
Bu barədə Mövlud Çavuşoğlu rəsmi internet səhifəsində paylaşım edib. Mövlud Çavuşoğlu paylaşımında vurğulayıb ki, görüşdə Türkiyənin iyun ayında Madriddə baş tutan NATO sammiti çərçivəsində imzalanan üçtərəfli memorandumla bağlı gözləntiləri qarşı tərəfə çatdırılıb.
''Görüşdə Türkiye, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandum çərçivəsində atılan addımları qiymətləndirdik və gözləntilərimizi vurğuladıq'',-deyə Mövlud Çavuşoğlu paylaşımında qeyd edib.



Әlaqәli Xәbәrlәr