Mövlud Çavuşoğlu Buxaresdə keçirilən Münhen Təhlükəsizlik Konfransına qatılıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında iştirak edib.

1912465
Mövlud Çavuşoğlu Buxaresdə keçirilən Münhen Təhlükəsizlik Konfransına qatılıb

Xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında iştirak edib.

Mövlud Çavuşoğlu Buxarestdə keçirilən Aspen İnstitutu XI Buxarest Forumunun “Avropanın Yeni Təhlükəsizlik Memarlığı” mövzulu hissəsində çıxış edib.

“Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”, deyə Çavuşoğlu çıxışında qeyd edib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: “Müttəfiqlər həmçinin terrorla mübarizədə Türkiyenin yanında olmalıdır”.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: “Ədalətli sülhə nail olmağa çalışırıq. "Taxıl sazişi", əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür".

“Yeni Avropa təhlükəsizliyini bərqərar etmək üçün birlik ruhunu yenidən kəşf etməliyik”, deyə bildirən  Mövlud Çavuşoğlu deyib ki, Aİ daha əhatəli genişlənmə prosesini canlandırmalıdır.

Çavuşoğlu "Türkiyenin uğuru Avropanın uğuru olacaq. Uğursuzluq bizim üçün seçim deyil, lakin yanlış addım atmaq Avropa üçün tam qeyri-sabitliyə səbəb olacaq" deyib.

Buxarestdə keçirilən Münhen Təhlükəsizlik Konfransına xarici işlər naziri Çavuşoğlu da qatılıb.

Çavuşoğlu sosial mediada verdiyi açıqlamada görüşdə Qara dənizin təhlükəsizliyi ilə bağlı mövcud çətinlikləri və atılacaq addımları dəyərləndirdiklərini bildirib.



Әlaqәli Xәbәrlәr