Prezident Ərdoğan Türkiyenin xarici siyasətinə münasibət bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 27-də ziyarət etdiyi Konyada Gənclik Toplantısı tədbirinə qatılıb.

1911600
Prezident Ərdoğan Türkiyenin xarici siyasətinə münasibət bildirib

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 27-də ziyarət etdiyi Konyada Gənclik Toplantısı tədbirinə qatılıb.

Ötən həftə Qətərdə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü barədə suala Ərdoğan belə cavab verib:

"Cənab Sisi ilə yarım saat 45 dəqiqə görüş keçirdik. "İndi nazirlərimiz gediş-gəlişlərə başlasınlar, sonra danışıqlarımızı genişləndirək və inkişaf etdirək, bizim məqsədimiz bu küskünlüğün aradan qaldırılmasıdır. Aralıq dənizində  Türkiye-Misir arasında belə bir problem olmamalıdır" dedik. Çox fərqli şeylərdən danışdıq. Daha sonra aldığım məlumat və xəbərlər çərçivəsində Sisinin bu görüşdən çox məmnun olduğunu öyrəndim, biz de məmnunluğumuzu çatdırdıq. İndi proses başladı, nazirlərimizlə bir proses davam edir. Misir xalqı ilə Türkiye arasındakı əlaqələr çox fərqlidir, Aralıq dənizindəki bu gücü başqalarına qarşısında itirməməliyik. Yunanıstan bu gücü əldə etməməlidir. Onun üçün yaxşı inkişaf olacağına inanıram."

Prezident Türkiyenin Körfəz ölkələri ilə incikliyini mənfəətə çevirmək istəyənlərin olduğunu da bildirib:

"Bunlar düzələndə oyunlar pozdu. Onların arasında Birləşmiş Ərəb Əmirlikləri də var. İndi bizim Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərimiz yaxşı vəziyyətdədir. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir. Növbədə Suriya dayanır. Siyasətdə küsmək olmaz".



Әlaqәli Xәbәrlәr