Mövlud Çavuşoğlu: "Türk Hava Yolları Aşqabad şəhərinə uçuşlara başlayacaq"

Mövlud Çavuşoğlu Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredovla paytaxt Ankarada görüş keçirdikdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

1911992
Mövlud Çavuşoğlu: "Türk Hava Yolları Aşqabad şəhərinə uçuşlara başlayacaq"

"Türk Hava Yolları (THY) dekabr ayında Türkmənistanın paytaxtı Aşqabad şəhərinə uçuşlara başlayacaq".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredovla paytaxt Ankarada görüş keçirdikdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

Çavuşoğlu qeyd edib ki, Meredovla ikitərəfli görüş zamanı bir sıra regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub.

Qarşılıqlı səfərlərin də müzakirə edildiyini deyən Çavuşoğlu Avazada keçiriləcək Türkiye-Azərbaycan-Türkmənistan üçtərəfli zirvə görüşünə hazırlıq məsələlərinin müzakirə edildiyini, bununla yanaşı zirvə ərəfəsində üç ölkənin enerji və nəqliyyat nazirlərinin görüşüxarici işlər nazirlərinin görüşünün keçirilməsinin faydalı olacağına qərar verdiklərini bildirib. 

Görüşlər çərçivəsində 5 müqavilənin imzalanacağı barədə məlumatı paylaşan Çavuşoğlu Türkiyeədən Türkmənistana son səfərləri xatırladıb və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun gələn ilin əvvəlində Türkiyeyə səfər edəcəyini dlə gətirib. 

Çavuşoğlu görüşdə nəqliyyat və daşıma məsələlərinin də müzakirə edildiyini qeyd edib:

"Biz xüsusilə nəqliyyatda maneələrin aradan qaldırılması ilə bağlı həmfikirik. Həmçinin şimal dəhlizinin aradan qalxmasından sonra şərq, qərb, orta dəhliz və Xəzər tranzit dəhlizləri alternativ olaraq əhəmiyyət qazanmağa başlayıb. Burada Türkmənistan və digər ölkələrlə əməkdaşlığımız daha da gücləndirilib".

Çavuşoğlu təhsil və mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çalışdıqlarını da söyləyib:

“Türkmənistana lazım olsa, səfirliklərin olmadığı yerlərdə Türkmənistan vətəndaşlarına konsulluq xidməti göstərə bilərik”. 

Çavuşoğlu Türkmənistanın Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv olmasından məmnunluğunu da ifadə edib.

"Ən böyük arzumuz qardaş Türkmənistanın TDT-nin tamhüquqlu üzvü olması və sammitlərə ev sahibliyi etməsidir”, -deyə Çavuşoğlu qeyd edib. 

Meredovu 2023-cü ilin aprel ayında keçiriləcək Antalya Diplomatiya Forumuna dəvət edən Çavuşoğlu gələcəkdə daha yaxından işləmək üçün razılaşdıqlarını bildirib.

Çavuşoğlu Türk Hava Yollarının (THY) dekabr ayında Aşqabada uçuşlara başlayacağını da açıqlayıb.



Әlaqәli Xәbәrlәr