“Biz göstərdik ki…” R.T.Ərdoğan

İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 38-ci toplantısının açılışında iştirak və çıxış edən Ərdoğan deyib...

1911897
“Biz göstərdik ki…” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, müsəlman olmaq özündən və ailəsindən başlayaraq bütün cəmiyyət və insanlıq qarşısında məsuliyyət hiss etmək deməkdir.

  İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 38-ci toplantısının açılışında iştirak və çıxış edən Ərdoğan deyib: “Dillərimiz, mədəniyyətlərimiz və torpaqlarımız fərqli olsa da, biz eyni böyük ailənin üzvləriyik. Biz bütün bacı-qardaşlarımıza cavabdehik.

  Aramızda vaxtaşırı mübahisələr və gərginliklər olur. Biz bunları həyatın təbii axınında adi məsələlər kimi görürük.

  “Covid-19” zamanı Türkiyədən tələb olunan 160 ölkəyə tibbi yardım göndərdik.

  Türkiyə humanitar dəyərlərin sınaqdan keçirildiyi bu çətin günlərdə əlindəki bütün imkanları ehtiyacı olanlarla bölüşür.

  Fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsini bitirmək üçün ilk gündən çalışırıq.

  Biz göstərdik ki, Qara dəniz üzərində taxıl dəhlizi və əsir mübadiləsi həyata keçirilməklə məsələnin diplomatik həlli mümkündür. Qara dəniz vasitəsilə 11 milyon tondan çox taxıl daşımağa imkan yaratdıq.

  Dünyanın harasında təqib varsa, aclıqdan ölən varsa, bu məsuliyyət hamımızın üzərinə düşür, borcumuz olur.

  İstanbulda yaradılmış İslam Əməkdaşlıq Təşkilatı Arbitraj Mərkəzi beynəlxalq ticarətdə də qəbul ediləcək.

  Yunanıstanda müsəlman-türk azlığına qarşı illərdir ədalətsizlik və zülm artmaqdadır.

  Yunanıstandakı müsəlman-türk azlığına ana dillərini öyrətməyə icazə verilmir, kimlikləri inkar edilir. Bu, Kiprdəki türk qardaşlarımızın yaşadığı hüquq pozuntularıdır.

  Biz 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan suveren, azad Fələstin dövlətini dəstəkləyirik.

  Qüds və Məscidül-Əqsada əlimizdən gələni edirik və edəcəyik. İslam dünyası artıq bu hadisələrə tamaşaçı qalmamalıdır.

  Türkiyə 3,5 milyondan çox suriyalıya ev sahibliyi etməklə öz qardaşlıq vəzifəsini yerinə yetirdi.

  Ölkəmizlə birlikdə Suriya və İraqın ərazi bütövlüyünü qorumaq və terrorun kökünü kəsmək əzmindəyik”.



Әlaqәli Xәbәrlәr