"Türkiyənin strateji inkişaf planları daha sürətlə davam edir", R.T.Ərdoğan

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya rayon təşkilatının geniştərkibli toplantısındakı çıxışında səsləndirib

1911480
"Türkiyənin strateji inkişaf planları daha sürətlə davam edir", R.T.Ərdoğan

 

  “Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda, şükürlər olsun ki, biz içimiz rahat bir şəkildə qışı qarşılayırıq”, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya rayon təşkilatının geniştərkibli toplantısındakı çıxışında səsləndirib.

  Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran dövlət başçısı əminliklə bildirib ki, “1915 Çanaqqala” körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul kanalı layihəsi də həyata vəsiqə qazanacaq.

  Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gerçəkləşən “taxıl dəhlizi”nin fəaliyyətindən bəhs edən prezident Ərdoğan deyib: “İndi də buğdanı alıb, üyüdüb, hasil etdiyimiz unu kasıb ölkələrə göndərmək üçün hazırlıq mərhələsindəyik”.

  R.T.Ərdoğanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Türkiyənin milli pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın kütləvi istehsalına başlanacaq.



Әlaqәli Xәbәrlәr