“Dostlarımızın qanını yerdə qoymadıq, qoymuruq”, H.Akar

H.Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə birlikdə Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və İraq sərhədindəki hərbi birliklərə baş çəkib

1911571
“Dostlarımızın qanını yerdə qoymadıq, qoymuruq”, H.Akar

 

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı "Pəncə-kilid" əməliyyatı başlayandan bu yana 480 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

  H.Akar Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülərlə birlikdə Türkiyə Silahlı Qüvvələrinin komandanlığı və İraq sərhədindəki hərbi birliklərə baş çəkib.

  İraqın şimalında terror hədəflərinə qarşı davam edən "Pəncə-Kilid" əməliyyatında iştirak edən birliklərin komandirləri ilə video-konfrans yolu ilə bir araya gələn nazir çətin və ərazi şərtlərinə baxmayaraq, əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib: “İraqın şimalındakı Zap bölgəsində Mehmetçilərə qarşı həyata keçirilən xain hücum hesaba çəkildi. Hücumdan sonra bölgədən qaçmağa çalışan terrorçulara qarşı komandolarımızın başlatdığı əməliyyat sonuncu 3-ü də olmaqla  13 terrorçu zərərsizləşdirilib. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var.

   Dostlarımızın qanını yerdə qoymadıq, qoymuruq.

  Pəncə-kilid əməliyyatı başlayandan indiyədək 480 terrorçu zərərsizləşdirilib.

  Biz şəhidlərimizdən hər damla qan üçün hesab istədik və bundan sonra da istəyəcəyik.

  Terrorla mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək.

  Terrorçuların hesablaşma vaxtıdır.

  Nəcib millətimizi terror bəlasından xilas edəcəyik. Onları dəstəkləsələr də, bu mübarizə dayanmayacaq, sona qədər aparılacaq”.



Әlaqәli Xәbәrlәr