Türkiye, Finlandiya vә İsveç nümayәndә heyәtlәri arasında növbəti görüş keçirildi

İyunun 28-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısında Türkiye, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində yaradılmış Daimi Birgə Mexanizmin ikinci iclası İsveçin paytaxtı Stokholmda baş tutub.

1911253

İclasda Türkiyə nümayəndə heyətinə Türkiye Prezidentinin sözçüsü, səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini, səfir Sedat Önal rəhbərlik ediblər.

İsveç nümayəndə heyətinə Nazirlər Kabinetinin rəsmisi səfir Oskar Stenström və Xarici İşlər Nazirliyinin dövlət katibi Yan Knutsson rəhbərlik ediblər.

Finlandiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Jukka Salovaara və Prezident Aparatının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə baş direktoru  Petri Hakkarainen sədrlik ediblər.

Bildirilib ki, Daimi Birgə Mexanizmin məqsədi Üçtərəfli Memorandumdakı öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir.

"Daimi Birgə Mexanizm müvafiq nazirliklər və qurumlar arasında  texniki koordinasiyanın artırılmasını və Finlandiya ilə İsveçin memorandum çərçivəsində əldə etdiyi irəliləyişi alqışlayır. Tərəflər memorandumun həyata keçirilməsi üçün işlərini davam etdirmək barədə razılığa gəliblər",-deyə bəyanatda vurğulanıb.

Әlaqәli Xәbәrlәr