Prezident Ərdoğan:“Böyük vǝ qüdrǝtli Türkiyeni qurana qǝdǝr dayanmayacayıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, böyük və qüdrətli Türkiyəni qurana qədər mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib.

1911161
Prezident Ərdoğan:“Böyük vǝ qüdrǝtli Türkiyeni qurana qǝdǝr dayanmayacayıq”

Prezident Ərdoğan, Sahibkar İş Adamları Vəqfi və Türkiyə Gənclik Fondunun təşkil etdiyi “Türkiyə Sahibkarlar Yığıncağı və 9-cu Sahibkarlıq Mükafatları Mərasimi”nə video müraciət ünvanlayıb.

Türkiye üçün istehsal edən, investisiya qoyan, yeni iş yerləri quran, biznesini inkişaf etdirən, daxildə və xaricdə əldə etdiyi nailiyyətlərlə millətin qürur mənbəyinə çevrilən bütün sahibkarlara təşəkkür edən prezident Ərdoğan, İctimaiyyǝtlǝrin “Covid-19” pandemiyası ilə başlayan, daha sonra Rusiya-Ukrayna gərginliyi ilə dərinləşən gərgin bir dövr yaşadıqlarını diqqǝt çǝkib.

Prezident sözlǝrinǝ belǝ davam edib: “Türkiye Əsri vizyonumuzun konkret layihələrini birbǝ-bir reallaşdıraraq yolumuza davam edirik. İnşallah, böyük və qüdrətli Türkiyəni bǝrpa edǝnǝ qədər dayanmayacağıq və mübarizəmizi əzmlə davam etdirəcəyik. Terrorun və ya terror təşkilatının cilovunu əlində saxlayan imperialist dəstələrin bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik. Sizlərin, gənc sahibkarlarımızın dəstəyi və töhfələri ilə 21-ci əsri ‘Türkiyənin Əsri’nə çevirəcəyimizə inamım tamdır”.

 



Әlaqәli Xәbәrlәr