Prezident Ərdoğan: "Terrorla mübarizəmizi davam etdirəcəyik"

Ərdoğan Müəllimlər Günü münasibətilə Prezident İqamətgahındakı Sərgi zalında 81 vilayətdən paytaxt Ankaraya şam yeməyinə gələn müəllimlərlə görüşü zamanı deyib.

1910665
Prezident Ərdoğan: "Terrorla mübarizəmizi davam etdirəcəyik"

"Müəllimimizə əl qaldıranın biz hər şeyini məhv edəcəyik. Ölkəmizə qarşı terror təhlükəsi tamamilə aradan qalxana qədər bu mübarizəni davam etdirəcəyik". 
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Müəllimlər Günü münasibətilə Prezident İqamətgahındakı Sərgi zalında 81 vilayətdən paytaxt Ankaraya şam yeməyinə gələn müəllimlərlə görüşü zamanı deyib. 

"Silahlı Qüvvələrimiz İraq və Suriyanın şimalında həyata keçirdiyi hava əməliyyatları ilə hücumların planlaşdırıldığı və həyata keçirildiyi terror yuvalarını məhv edir. Harada terrorçu varsa, bu millət təhlükəsizlik qüvvələri, polisi, ordusu ilə orada olacaq. Bu gün bunu demirik, Qabarda da, Cudidə də, Tendürəkdə", -deyə dövlət başçısı ifadə edib. 

Prezident onu da deyib ki, müəllimə qalxan əllərin biz hər şeyini məhv edəcəyik. Bundan sonra da belə olacaq. Ölkəmizə qarşı terror təhlükəsi bitənə qədər bu mübarizəmizi sərhədlərimizin daxilində və xaricində fasiləsiz davam etdirəcəyik.



Әlaqәli Xәbәrlәr