Hulusi Akar və Sergey Şoyqu Suriyanın şimalındakı vəziyyəti müzakirə edib

Milli müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu Sergey Şoyqu noyabrın 24-də telefon danışığı zamanı Suriyanın şimalındakı vəziyyəti müzakirə edib.

1910720

H.Akar Şoyqu ilə görüşündə terror təşkilatlarının zərərsizləşdirilməsinin Türkiyenin əsas prioriteti olduğunu vurğulayıb.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada H.Akarın Şoyqu ilə etdiyi telefon danışığında ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilib.

Telefon danışığında nazir H.Akar “Suriyanın şimalı kontekstində bölgədə sabitliyi pozmağa yönəlmiş artan təzyiq və hücumlara, mülki yaşayış məntəqələrini və vətəndaşları hədəf alan hərəkətlərə qarşı lazımi cavab verildi və verilməyə də davam edəcək" deyib. 

Bundan əlavə, terror təhlükəsi və dəhlizinin daimi qarşısının alınması və terror təşkilatlarının zərərsizləşdirilməsinin Türkiyenin əsas prioritetləri olduğu və bu mövzuda əvvəllər əldə edilmiş razılaşmalara əməl olunmasının böyük əhəmiyyət kəsb etdiyi bir daha vurğulanıb.

Ukrayna kontekstində qlobal ərzaq böhranının həllinə böyük töhfə verən taxıl təşəbbüsünün genişləndirilməsinə töhfə və əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Әlaqәli Xәbәrlәr