Ərdoğan Suriyada quru əməliyyatı siqnalı verdi

Sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Ərdoğan sözügedən mövzu ilə bağlı deyib...

1910042
Ərdoğan Suriyada quru əməliyyatı siqnalı verdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Tel Rıfat, Münbic və Ayn əl-Ərəbə quru əməliyyatı siqnalı verdi.

  Sədri olduğu Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edən Ərdoğan sözügedən mövzu ilə bağlı deyib: "Biz Suriya sərhədləri ilə bağlı əhdlərimizə sadiq qaldıq. Qarşımızdakılar razılaşmanın tələblərini yerinə yetirə bilmirlərsə, başımızın çarəsinə özümüzün baxmaq haqqımız var.

  Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqdakı terror yuvalarına qarşı noyabrın 19-dakı “Pəncə-Qılınc” hava hərəkatı təyyarə, artilleriya və SİHA-larla əməliyyatlarımızın hələ başlanğıcıdır.

  Tel Rıfat, Münbic və Ayn əl-Ərəbi (Suriya) təmizləyəcəyik.

  Hava əməliyyatlarımızı fasiləsiz davam etdirərkən bizə uyğun zamanda qurudan da terrorçuların təpəsinə vuracağıq.

  Beton tunellərin məzarlığa çevriləcəyi gün yaxındadır.

  İraq və Suriya hökumətləri narahat olmasınlar, atacağımız addımlar İraq və Suriyanın ərazi bütövlüyünü təmin edəcək".

 



Әlaqәli Xәbәrlәr