Hulusi Akar: "Hava əməliyyatında 254 terrorçu zərərsizləşdirilib"

Suriya və İraqın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı keçirilən hava əməliyyatında 254 terrorçu zərərsizləşdirilib.

1910021
Hulusi Akar: "Hava əməliyyatında 254 terrorçu zərərsizləşdirilib"

Suriya və İraqın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə qarşı keçirilən hava əməliyyatında 254 terrorçu zərərsizləşdirilib.

Milli müdafiə naziri Hulusi Akar gecə saatlarında Türkiye Silahlı Qüvvələrinin komandan heyətilə paytaxt Ankaradakı Quru Qoşunları Komandanlıq Əməliyyat Mərkəzinə gedib.

Akar sərhəd xəttindəki qoşunların komandirləri ilə videokonfrans keçirib.

Akar Suriya və İraqın şimalına istiqamətli “Pəncə-Qılınc” hava əməliyyatına toxunaraq deyib:

“İndiyədək 471 hədəf atəşə tutulub. 254 terrorçu da zərərsizləşdirilib. Burada terrorçuların tələyə düşdüyü aydındır. Onlar ilişib qaldılar, çünki indi əsgər, mülki demədən sağa-sola atəş açmağa başladılar. Ona görə də biz onları tez bir zamanda susdurmalıyıq” .

Nazir Akar əsgərlərə müraciət edərək, “Türkiye və Türkiye Silahlı Qüvvələri ilə oyun oynanmaz, bunun hesabını verəcəklər. Hesab vermə vaxtıdır. Siz həyatını itirən şəhidlərimizin, dinc əhalinin, əsgərlərin, o balaca uşaqların, qadınların, qızların, tələbələrin, müəllimlərin hər damla qanının hesabını soruşacaqsınız. Bizim yalnız bir məqsədimiz var. Terrorçular. Kimdir bunlar PKK, YPG, PYD, DAEŞ” ifadələrindən istifadə edib. 

Xatırladaq ki, noyabrın 19-da Türkiye Silahlı Qüvvələri Suriya və İraqın şimalında PKK/YPG-yə qarşı “Pəncə-Qılınc” hava əməliyyatına başlayıb.



Әlaqәli Xәbәrlәr