Prezident Ərdoğan: "“Pəncə-Qılınc” əməliyyatı təkcə hava hücumu ilə məhdud qalmayacaq"
Türkiyenin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pəncə-Qılınc” (Pençe-Kılıç) antiterror hava əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq.
Türkiyenin Suriya və İraqın şimalında həyata keçirdiyi “Pəncə-Qılınc” (Pençe-Kılıç) antiterror hava əməliyyatı təkcə hava hücumu ilə məhdudlaşmayacaq.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən geri dönərkən jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bununla bağlı məsləhətləşmələr davam edir.
“Bunu asanlıqla deyə bilərəm ki, əvvəla, İraq və Suriyanın şimalındakı bu əməliyyat təsadüfən həyata keçirilən əməliyyat deyil. Əvvəl də dediyimiz kimi, əgər kimsə ölkəmiz, torpaqlarımıza təcavüz edirsə, bunun cavabını ona verəcəyik”.
Ərdoğan əlavə edib ki, o, bu əməliyyatla bağlı Bayden və Putini məlumatlandırmayıb: “Amma həm cənab Bayden, həm də cənab Putin artıq bilirlər ki, biz bu regionda istənilən vaxt bu cür əməliyyatlar edə bilərik. Ümid edirəm ki, onların hamısı gələcək prosesdə necə qətiyyətlə daha vacib addımlar atacağımızı və atmalı olduğumuzu görəcəklər”.