Prezident Ərdoğan: “Misir ilə əlaqələri inkişaf etdirmək istəyirik”

Prezident Rəcəb Tayyib Ərdoğan Misirlə əlaqələri yüksək səviyyəli danışıqlarla arzu edilən seviyyəyə  qaldırmaq istədiqlərini bildirib.

1908989
Prezident Ərdoğan: “Misir ilə əlaqələri inkişaf etdirmək istəyirik”

Prezident Ərdoğan Qətərdə keçirilən 2022 FIFA Dünya Çempionatının açılış mərasimindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Prezident açılış ziyafətində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşünə dair  özünə ünvanlanan suala cavabən: “Daha  əvvəl də bir prosesin başlaya biləcəyi  ehtimalını danışdıq. Belə bir prosesin başlanması üçün burada bir addım atıldı və yaxşı danışıqlar apardıq. Nazirlərimizlə başlayan prosesın daha sonra yüksək səviyyədə  daha  yaxşı  mərhələyə daşınmasını  arzu edirəm. Türk milləti ilə Misir xalqının keçmişdəki birliyi bizim üçün önəmlidir.  Bu səbəbdən iki ölkə  arasında yenidən güclü  münasibətlərin bərpa edilməsi üçün heç bir maneə yoxdur. Onlara siqnal verdik. Fövqəladə bir vəziyyətin yaranmaması halında  əlaqələrimizi inkişaf etdirməyə çalışacayıq. Onlara deyiri ki, gəlin danışıqlarla Aralıq dənizində bizə qarşı mövqe tutanlar üçün sülhü bərqərar edib və bu çərçivədə  yolumuza  davam edək”.



Әlaqәli Xәbәrlәr