M.Çavuşoğlu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 11-ci sessiyasında çıxış edib
Mövlud Çavuşoğlu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 11-ci sessiyasında çıxış edib.
Mövlud Çavuşoğlu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 11-ci sessiyasında çıxış edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, qlobal problemlər kollektiv fəaliyyət tələb edir.
Çavuşoğlu İstanbulda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) 11-ci sessiyası münasibətilə verilən şam yeməyində çıxış edib.
Mövlud Çavuşoğlu hazırda qloballaşma ilə əlaqədar yerli məsələlərin qloballaşdığını və getdikləri hər ölkədə oxşar məsələlərin müzakirə edildiyini qeyd edib.
Çavuşoğlu deyib:'' Dünyanın digər tərəfində münaqişələr davam edərkən dar bir məkanda sülh və firavanlıq içində yaşaya bilmərik. Suriya, Liviya və ya Əfqanıstandakı münaqişələrin Avropa əhalisinə necə təsir etdiyini xatırlayın”.
Türkiyenin XİN rəhbəri Avropada yaşanan müharibənin Asiya və Latın Amerikası kimi dünyanın hər yerinə təsir etdiyini bildirib.
Siyasətçilərin çoxtərəfli siyasət yürütmələrinin vacibliyini qeyd edən Mövlud Çavuşoğlu deyib:“Qlobal problemlər kollektiv fəaliyyət tələb edir”.
Nazir Mövlud Çavuşoğlu çıxışında həmçinin Türkiyənin üzərinə götürdüyü vasitəçi rolunu və dünya sülhünə verdiyi töhfəni də vurğulayıb.