“Bu müqavilənin nə qədər mühüm və faydalı olduğu açıq şəkildə görünür”, R.T.Ərdoğan

Sosial media hesabında Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadıldığını bildirən Ərdoğan yazıb

1907495
“Bu müqavilənin nə qədər mühüm və faydalı olduğu açıq şəkildə görünür”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl Dəhlizi Sazişinin 19 noyabr 2022-ci ildən 120 gün müddətinə uzadıldığını açıqladı.

  Sosial media hesabında Qara dəniz taxıl dəhlizi sazişinin müddətinin uzadıldığını bildirən Ərdoğan yazıb: “Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqların nəticəsi olaraq Türkiyə, Birləşmiş Millətlər Təşkilatı, Rusiya Federasiyası və Ukrayna arasında alınan qərara əsasən, Qara Dəniz Taxıl Dəhlizi Sazişi 19 Noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadıldı.

  Son 4 ayda 500-ə yaxın gəmi ilə ehtiyacı olanlara 11 milyon tondan çox taxıl və ərzaq malları çatdırılması ilə bu müqavilənin dünyanın ərzaq təminatı və təhlükəsizliyi baxımından nə qədər mühüm və faydalı olduğu açıq şəkildə görünür.

  BMT-nin baş katibi Antonio Quterreş, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskiyə sazişin müddətinin uzadılmasına hazır olduqlarına görə təşəkkürümü bildirirəm. Bu işdə əməyi keçən hər kəsi təbrik edirəm. Uğurlar."

  BMT-nin baş katibi Quterreş də sosial media hesabında paylaşım edib: “Mən Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmanı alqışlayıram”.

  Avropa Komissiyasının sədri Ursula fon der Leyen də öz “twitter” hesabında Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsi ilə bağlı razılaşmanı təqdir etdiklərini bildirib və BMT-nin baş katibi Antonio Quterreşi ilə Türkiyə prezidenti R.T.Ərdoğanı təbrik edib.

  Xatırladaq ki, Qara dənizdən təhlükəsiz ərzaq daşımalarının yaradılması üçün iyulun 22-də İstanbulda prezident Ərdoğan və BMT baş katibi Quterreşin iştirakı ilə Ukrayna və Rusiya ilə İstanbul Taxıl Sazişi imzalanıb.



Әlaqәli Xәbәrlәr