Türkiye ilə İndoneziya  arasında  önəmli müqavilələr imzalanıb

Türkiye ilə İndoneziya arasında müdafiə sənayesi, texnologiya, meşəçilik, ətraf mühit və inkişaf sahələrində əməkdaşlıq   aparılmasını  nəzərdə   tutan  5 müqavilə imzalanıb.

1906088
Türkiye ilə İndoneziya  arasında  önəmli müqavilələr imzalanıb

İndoneziyanın Bali adasında keçirilən G20 Sammitindən əvvəl Hilton Bali Resort-da Türkiye və İndoneziya arasında ikitərəfli müqavilələrin imzalanma mərasimi keçirilib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu   mərasimdə     etdiyi   çıxışında   İndoneziyanın müdafiə naziri Prabowo Subiantoya, İstanbulun İstiqlal küçəsində baş verən partlayışla bağlı  verdiyi  başsağlığına görə təşəkkür edib. Türkiyenin ölkədə və bölgəsində terrorçuların kökünü kəsməyə davam edəcəyini vurğulayıb.

Bali adasında tarixi bir məqama şahidlik etdiyini  deyən   Çavuşoğlu, iki ölkə prezidentlərinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası   yaradılması   qərarına  toxunub.  Son illər iki ölkə arasında əməkdaşlıqda mühüm irəliləyiş  qeydə  alındığını   ifadə  edən   XİN  Çavuşoğlu  İndoneziyanın qlobal  çətinliklərə    baxmayaraq  G20 Zirvə toplantısına uğurla sədrlik   etdiyinə   diqqət   çəkərək:  “ Türkiye  olaraq İndoneziya Prezidenti Vidodonun və onun rəhbərliyi altında ölkənin   inkişafını  yüksək qiymətləndiririk. İslam dünyasının iki böyük gücü olaraq əməkdaşlığımız dünya müsəlmanları üçün   əhəmiyyət   kəsb  etməlidir.

İndoneziyanın müdafiə naziri Subianto da  öz  növbəsində   dünən İstanbulda baş verən hücuma görə Türkiyeyə başsağlığı verib  və  imzalanan   müqavilələrin  iki ölkə arasında münasibətlərin dinamikliyini göstərdiyini  vurğulayıb. 

 

 

 



Әlaqәli Xәbәrlәr