“İstanbulda partlayışı törədən ələ keçirildi”, S.Soylu

Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib

1905924
“İstanbulda partlayışı törədən ələ keçirildi”, S.Soylu
taksim saldirgani.jpg

 

  İstanbulun İstiqlal prospektində insan tələfatı ilə nəticələnən partlayışı törədən, bomba atan adam ələ keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

  Nazir bildirib ki, ilkin məlumata görə PKK/PYD terror təşkilatına bağlı olduğu aşkarlanan adam İstanbul polis əməkdaşları tərəfindən tutulub. Bununla da terror aktının təşkil edən və törədənlərin üzə çıxarılması mümkün olacaq.

  Xatırladaq ki, noyabrın 13-ü yerli vaxtla saat 16:13 radələrində İstanbulun İstiqlal prospektində şiddətli partlayış baş verib. Terror aktı olan hadisə nəticəsində altı nəfər ölüb. Yaralanan 81 nəfərdən 39-u evə buraxılıb. Reanimasiyada müalicəsi davam etdirilən 7 yaralıdan ikisinin vəziyyəti kritik ağırdır.

 

 



Әlaqәli Xәbәrlәr