Prezident Rəcəb Tayyib Ərdoğan: "Ölkəmizin daha çox inkişafı üçün səylərimizi davam etdirəcəyik"

Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahından canlı yayımla Hasankeyf-Gercüş Tunelinin Açılış Mərasimində iştirak edib.

1903773
Prezident Rəcəb Tayyib Ərdoğan: "Ölkəmizin daha çox inkişafı üçün səylərimizi davam etdirəcəyik"

“Biz ölkəmizin dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasında yerini tutması üçün mübarizə aparırıq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahından canlı yayımla Hasankeyf-Gercüş Tunelinin Açılış Mərasimində iştirakında etdiyi çıxışda deyib. 

“Ölkəmizi inkişaf etdirərək və zənginləşdirərək dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasında yer alması üçün mübarizə aparırıq. 2023-cü ildə Türkiye əsrinə bağlılığımız ətrafında bir yerdə qalaraq ölkəmizi dünyada layiq olduğu yerə daşıyacağıq”, -deyə dövlət başçısı ifadə edib.

Ərdoğan “Yeni ilin əvvəlindən Türkiyeni qlobal böhrandan ayırmaq və hədəflərinə doğru yola davam etmək üçün göstərdiyimiz səylərin konkret nəticələrini daha yaxşı görəcəyik” deyib.



Әlaqәli Xәbәrlәr