M.Çavuşoğlu: ‘‘Rәcәb Tayyib Әrdoğan Rusiya vә Ukrayna prezidentlәri ilә görüşәcәk’’

Xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə taxıl böhranı ilə bağlı görüş keçirəcəyini açıqlayıb.

1900659

Nazir Mövlud Çavuşoğlu taxıl böhranı ilə bağlı paytaxt Ankarada jurnalistlərə açıqlamalar verib.
Çavuşoğlu  taxıl böhranının həlli üçün görüşlərin başladığını, Rusiyanın ixrac etdiyi taxıl və gübrə qarşısındakı maneələrin hələ də davam etdiyini, Türkiyənin də BMT ilə birlikdə bu prosesi izlədiyini və maneələrin aradan qaldırılması üçün konkret addımların atılmasının vacibliyini vurğulayıb.
“Biz Türkiyə olaraq səylərimizi davam etdirəcəyik” deyən Mövlud Çavuşoğlu prezident Ərdoğanın Rusiya prezidenti Putin və Ukrayna lideri Zelenski ilə görüşəcəyini bildirib.
Putinin Türkiyədə qaz mərkəzi yaratmaq təklifi ilə bağlı nazir Mövlud Çavuşoğlu deyib: “Putinin təbii qaz mərkəzi ilə bağlı təklifindən sonra energetika nazirləri vəzifələndirildi. Hazırda energetika nazirliklərimiz arasında texniki səviyyədə işlər davam edir. Biz isə xarici işlər nazirləri olaraq məsələyə öz töhfəmizi veririk''.

Әlaqәli Xәbәrlәr