Prezident Ərdoğan Prezident Həsən Şeyx Mahmuda başsağlığı verib

Prezident Rəcəb Tayyib Ərdoğan Somali Prezidenti Həsən Şeyx Mahmud ilə telefon danışığı aparıb.

1900096
Prezident Ərdoğan Prezident Həsən Şeyx Mahmuda başsağlığı verib

Prezident administrasiyasının Kommunikasiya idarəsindən yayılan məlumata görə Ərdoğan görüş zamanı oktyabrın 29-da Moqadişuda baş verən terror aktını qınadığını bildirib. Dəhşətli hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Türkiyənin Somalinin terrora qarşı mübarizəsinə güclü dəstəyini davam etdirəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr