Milli Müdafiə Nazirliyi Ukraynadan taxıl daşınması ilə bağlı bəyanat yaydı

''Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb".

1899626
Milli Müdafiə Nazirliyi Ukraynadan taxıl daşınması ilə bağlı bəyanat yaydı

''Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb".

Bu barədə Türkiyenin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək", - məlumatda deyilir.

Nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə baxışın davam etdirilməsi planlaşdırılır.

Məlumatda Türkiyenin milli müdafiə naziri Hulusi Akarın problemi həll etmək üçün tərəfmüqabilləri və müvafiq orqanlar ilə danışıqları davam etdirdiyi bildirilib. Məlumatda qeyd olunub ki,Türkiyə regionda sülhün təmin edilməsi və humanitar əməliyyatların aparılması üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, taxıl sazişi bağlanandan indiyədək dəniz yolu ilə 9,3 milyon ton taxıl ixrac edilib.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutmuşdu. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak etmişdi.



Әlaqәli Xәbәrlәr