Dünya liderləri Türkiyeni Cümhuriyyət Bayramı münasibətilə təbrik edirlər

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyeni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.

1899278
Dünya liderləri Türkiyeni Cümhuriyyət Bayramı münasibətilə təbrik edirlər

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyeni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Bu barədə Volodimir Zelenski rəsmi ''Twitter'' səhifəsində paylaşım edib.
"Türkiyeni və Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiye Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibətilə təbrik edirəm. Dost türk xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. İnanıram ki, birgə səylərimiz  Qara dəniz bölgəsində sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verəcək''.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də 29 Oktyabr Cümhuriyyət Bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
Tokayev məktubunda Prezident Ərdoğanı və Türkiyə xalqını Respublika Günü münasibətilə təbrik edib.
Tokayev məktubunda həmçinin bu ifadələrə yer verib: “Şübhəsiz ki, bu tarix ölkənizin tarixində mühüm yeri tutur''.



Әlaqәli Xәbәrlәr