Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırışını təkrarlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında islahatlara çağırışını təkrarlayıb.

1897069
Ərdoğan BMT Təhlükəsizlik Şurasında islahatlara çağırışını təkrarlayıb

Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında islahatlara çağırışını təkrarlayıb.

Prezident Ərdoğan 24 Oktyabr BMT Günü və BMT-nin yaranmasının 77-ci ildönümü münasibətilə mesaj yayıb.

Ərdoğan bəyan edib ki, Türkiye BMT çərçivəsində sülh və təhlükəsizlik, insan haqları və davamlı inkişaf sahələrində aparılan işlərə ən konkret töhfələr verən və aparıcı rol oynayan ölkələrdən biridir.

Dövlət başçısı BMT-nin ümumi büdcəsinə töhfə verən ilk 20 ölkədən biri olmaqla yanaşı, İstanbulun BMT-nin mərkəzi olması istiqamətində səylər çərçivəsində BMT-nin müxtəlif təşkilat və agentliklərinin regional qərargahlarına da İstanbulda ev sahibliyi etdiklərini xatırladaraq deyib:

"BMT-nin Baş katibi cənab Antonio Quterreşlə əməkdaşlıq çərçivəsində göstərdiyimiz səylər nəticəsində Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya daşınmasına rəhbərlik etdik. İstanbul müqaviləsi çərçivəsində bu günə qədər 8 milyon tondan çox taxıl və oxşar məhsullar tədarük etmişik. Daşınmanın fasiləsiz davam etməsini təmin etmək üçün diplomatik təmaslarımızı intensiv şəkildə davam etdiririk.

Prezident Ərdoğan qlobal sülh və əmin-amanlığı təhdid edən islamafobiya və irqçiliklə mübarizədə fərq yaratmağa çalışdıqlarını və 15 Martın BMT Baş Assambleyası tərəfindən Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edilməsinə rəhbərlik edərək bu istiqamətdə mühüm addım atdıqlarını vurğulayıb. 

"Nifrət mühitinin sosial sülhü zəhərləməməsi üçün həm BMT səviyyəsində, həm də ikitərəfli şəkildə səylərimizi davam etdirəcəyik. Aydındır ki, BMT hər gün minlərlə günahsız insanın həyatına son qoyan böhranların həllində daha fəal rol götürməlidir. Daha demokratik, şəffaf və effektiv bir Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyətin ümumi gözləntisidir.Biz bundan sonra da BMT Təhlükəsizlik Şurasının güclü tərəfdarı və müdafiəçisi olmağa davam edəcəyik. Bu düşüncələrlə ölkəmizin qurucu üzvlərindən biri olduğu Birləşmiş Millətlər Təşkilatının 77-ci ildönümünü qeyd edir və BMT-nin işinin qlobal sülhə töhfə verəcəyinə ümid edirik", -deyə Ərdoğan ifadə edib.



Әlaqәli Xәbәrlәr