Mövlud Çavuşoğlu Beynəlxalq Dakar Forumunda çıxış edib

Xarici işlər naziri Mövlud Çavuşoğlu "Türkiye ilə Afrika arasındakı ticarət həcmi 20 ildə 4,5 milyard dollardan 45 milyard dollara çatdı" deyib.

1897551
Mövlud Çavuşoğlu Beynəlxalq Dakar Forumunda çıxış edib

"Türkiye ilə Afrika arasındakı ticarət həcmi 20 ildə 4,5 milyard dollardan 45 milyard dollara çatdı".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu Afrikada Sülh və Təhlükəsizlik naminə 8-ci Beynəlxalq Dakar Forumu çərçivəsində təşkil edilən Afrikada Qlobal Böhranlar və Suverenliyin möhkəmləndirilməsi adlı sessiyada etdiyi çıxışında deyib. 

Sessiyanın sual-cavab hissəsində Türkiye-Afrika əlaqələrinə də toxunan Çavuşoğlu Afrikadakı səfirlik sayının son 20 ildə 12-dən 44-ə yüksəldiyini bildirib:

"Bizim ticarət dövriyyəmiz ötən il 34,5 milyard dollara çatıb, 20 ildə 4,5 milyard dollar olub. Bu il 45 milyard dolları keçəcəyik".

Türkiyenin Afrikadakı investisiyalarının 8 milyard dollara çatdığını qeyd edən Çavuşoğlu deyib ki, Türkiye bir çox sahədə təcrübəsini afrikalı qardaşları ilə bölüşür. Türkiye də Afrika ölkələrinin terrorla mübarizəsini dəstəkləyir. Biz təkcə məşhur pilotsuz təyyarələrimizi təmin etmirik, həm də Afrika ölkələrinin təhlükəsizlik qüvvələrinə terrorla mübarizəni gücləndirmək üçün təlim keçirik.

Afrika İttifaqı və digər regional təşkilatların da Türkiyenin strateji tərəfdaşları olduğunu bildirən Çavuşoğlu “Biz qanuni hökumətlə işləyərək Liviyada vətəndaş müharibəsinin qarşısını aldıq” deyə ifadə edib. 

Çavuşoğlu onu da əlavə edib ki, Türkiyenin Afrika təşəbbüsünün uğurlu olmasının səbəbi Türkiyenin bütün Afrikanı bərabərhüquqlu tərəfdaş kimi görməsidir.



Әlaqәli Xәbәrlәr