Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı oldu

" Ermənistanın işğalı dövründə Qarabağa dəymiş ziyan Haaqa Ədalət Məhkəməsinə çıxarılmalı və təzminat istənilməlidir", R.T.Ərdoğan

1895670
Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı oldu

 

  Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə bu ölkəyə birgünlük işgüzar səfərə gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan şəhərində olub.

  R.T.Ərdoğanı aparan təyyarə Azərbaycanın işğaldan azad edilmiş ərazisində Türkiyə şirkətlərinin töhfələri ilə inşa edilən ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanına enib.

  Azərbaycanlı həmkarı tərəfindən qarşılanan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanına enən ilk dövlət başçısı sayılır.

  Yeni hava limanının açılış lentini kəsən Ərdoğan və Əliyevə hava limanının rəmzi açarları təqdim olunub. Sonra prezidentlər Dost Aqropark Zəngilan Ağıllı Kənd Təsərrüfatı Rayonu Layihəsinin birinci mərhələsinin açılışını ediblər. Daha sonra onlar Cəbrayıl şəhərinə gedərək Qumlaq vağzalının, həmçinin Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzinin, Ağıllı Fidan və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində olublar.

  R.T.Ərdoğan və İ.Əliyev təşkil edilən birgə mətbuat konfransında iştirak və çıxış ediblər.

  Ərdoğan deyib: “Qarabağ Fəaliyyət Planı çərçivəsində başda kənd təsərrüfatı, yaşıl enerji və ağıllı şəhərlər olmaqla bütün layihələrdə Azərbaycanın yanında olmağa hazırıq.

  Ermənistanın işğalı dövründə Qarabağa dəymiş ziyan Haaqa Ədalət Məhkəməsinə çıxarılmalı və təzminat istənilməlidir. Bu yolla onları küncə sıxışdırmaq lazımdır.

  Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasında normallaşma prosesləri bir-birini dəstəkləyəcək formada irəliləyir, bu fürsətdən ən yaxşı şəkildə istifadə edilməlidir”.

  İ.Əliyev də öz növbəsindəki çıxışında bunları söyləyib: "Türkiyə nəhəng layihələr həyata keçirir. Bölgədə söz sahibidir. Dünyada mühüm güc mərkəzidir. Hər kəs bilməlidir ki, bu uğurlar Rəcəb Tayyib Ərdoğanın sayəsindədir. Haqsızlıq etmək istəyənlər Türkiyə və Azərbaycanın müttəfiqliyini düşünməlidirlər”.



Әlaqәli Xәbәrlәr