“… Çox şükür ki, Türkiyənin belə bir problemi yoxdur”, R.T.Ərdoğan

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qrup Toplantısında çıxış edərək deyib...

1894999
“… Çox şükür ki, Türkiyənin belə bir problemi yoxdur”, R.T.Ərdoğan

 

  Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, Avropa təbii qazı haradan əldə etmək axtarışında olduğu halda, Türkiyənin belə bir problemi yoxdur.

  Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qrup Toplantısında çıxış edərək deyib: “Fevralın 24-dən bu yana davam edən Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropada təbii qaz problemi yaranıb. Hazırda Avropa təbii qazı haradan əldə etmək axtarışındadır. Çox şükür ki, Türkiyənin belə bir problemi yoxdur. İndi Türkiyə təbii qaz üçün də boru xətti vasitəçisi olacaq. Son görüşümüzdə Rusiya prezidenti cənab Vladimir Putinlə bu mövzuda razılığa gəldik, “Avropa Türkiyədən təbii qaz ala bilər” dedi”.

  Ərdoğan Türkiyə iqtisadiyyatına da toxunaraq bunları söyləyib: “50 milyon turist və 40 milyard dollar turizm gəliri ilə turizmdə məhsuldar bir mövsüm keçiririk. Biz bunu daha da irəli aparmağa hazırlaşırıq.

  2021-ci ildə 11,4 faiz böyüyən və 2022-ci ilin ilk yarısında 7,5 faizlik inkişaf sürətinə çatan Türkiyə 2023-cü ildə də eyni tempi qoruyub saxlayacaq büdcəyə malikdir.

  Məşğulluq səviyyəsi tariximizdə ən yüksək səviyyəyə çataraq 31 milyonu ötüb və işsizlik bir rəqəmli olub ki, bu da düzgün istiqamətdə getdiyimizi göstərir.

  İxracatın 250 milyard dolları keçməsinə imkan verəcək büdcə hazırlamışıq”.



Әlaqәli Xәbәrlәr