Prezident Ərdoğan Türkiyedə qaz kəmərləri qovşağının yaradılmasına göstəriş verib

Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

1892946
Prezident Ərdoğan Türkiyedə qaz kəmərləri qovşağının yaradılmasına göstəriş verib

“Enerji və Təbii Sərvətlər Nazirliyimizə və Rusiya tərəfinin müvafiq qurumuna birgə işləmələri göstərişini Cənab Putinlə birlikdə tapşırdıq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstan səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan Putinin “Avropa üçün Türkiyedə qaz kəmərləri qovşağı yaradıla bilər. Qaz tədarükündə Avropa İttifaqı (AI) üçün çox vacib bir marşrutdur” ifadəsini dəyərləndirərək bunları deyib:

"Belə bir qovşaq üçün, əlbəttə ki, Trakiya bölgəsi ən uyğun yer kimi görünür. Enerji və Təbii Sərvətlər Nazirliyimizə və Rusiya tərəfindəki müvafiq quruma birgə işləmək mövzusunda cənab Putinlə birlikdə göstəriş vermişik.  Ən uyğun yer harası isə bu qovşağın orada qurulacağına ümid edirəm. Bizim milli paylama mərkəzimiz var, amma təbii ki, bura beynəlxalq paylayıcı mərkəz olacaq.  Bizim əməkdaşlar lazımi danışıqları aparıb dərhal işə başlayacaqlar. Qovşağın təhlükəsizliyinin təşkili ilə bağlı bütün məsələlər həyata keçiriləcək”.



Әlaqәli Xәbәrlәr