Prezident Ərdoğan Miçotakisin ABŞ-dan Türkiyeyə qarşı yardım istədiyini bildirib

Ərdoğan çıxışında Yunanıstanın baş naziri Miçotakisi də tənqid edib.

1888428
Prezident Ərdoğan Miçotakisin ABŞ-dan Türkiyeyə qarşı yardım istədiyini bildirib

“Miçotakis Türkiyeyə qarşı Amerika Birləşmiş Ştatlarından (ABŞ) yardım istəyir. Hər nə edirsənsə et. Biz hər zaman nə lazımdırsa, edəcəyik və bunu etməyə hazırıq”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən Beynəlxalq Hafiz və Quran-ı Kərim Müsabiqəsinin Mükafatlandırma Mərasimində etdiyi çıxışda deyib.
“Türkiyə deyildikdə ağla, insani böhranlar qarşısında iqtisadiyyatı, müdafiə və hərbi imkanları, vicdanı və prinsipial mövqeyi ilə seçilən bir ölkə gəlir”, - deyə Ərdoğan bildirib.

Dövlət başçısı deyib ki, bayrağımızın dalğalandığı yerdə biz vətəndaşlarımız və orada yaşayanlar üçün inam və ədaləti təmsil edir və yüz milyonlarla məzlum və günahsız insanın ümidinə çevrilməyin ağır məsuliyyətini qəlbimizdə hiss edirik.
Ərdoğan çıxışında Yunanıstanın baş naziri Miçotakisi də tənqid edərək, “Yunanıstana məxsus bərələrin Egey və Aralıq dənizində o günahsız insanları necə suya atdığını görürük. Dünyanın səsi çıxırmı? Yox. Freqatlarımız onları dənizdən xilas edir. Çünki biz müsəlmanıq. İndi Yunanıstanın baş naziri Amerikadan yardım istəyir. O, Türkiyeyə qarşı kömək istəyir. Nə etsəniz edin, biz həmişə lazım olanı edəcəyik və etməyə hazırıq” deyib.



Әlaqәli Xәbәrlәr