"Türkiye Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır", M.Çavuşoğlu

Türkiye ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumu imzalanıb.

1887969
"Türkiye Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır", M.Çavuşoğlu

Türkiye ilə Liviya arasında karbohidrogenlər sahəsində anlaşma memorandumu imzalanıb.

Bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Liviyanın paytaxtı Tripolidə Liviyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəclə Manquş ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Türkiye Liviyada ümumi seçkilərin keçirilməsi səylərinə mümkün töhfə verməyə hazırdır və Liviyada uzunmüddətli sülh və sabitliyin tərəfdarıdır.

"Liviya ilə əlaqələrimiz öz gücünü ortaq tariximizdən, qonşuluq və qardaşlıq əlaqələrimizdən götürür. Bugünkü görüşlərimizdə qarşılıqlı olaraq əlaqələrimizin daha da inkişaf etdirilməsi öhdəliyimizi vurğuladıq. Bu gün biz karbohidrogenlər və protokollar sahəsində anlaşma memorandumları imzaladıq",-deyə Çavuşoğlu deyib.

Anlaşma memorandumunun maddələrinin nəyi nəzərdə tutduğu sualına cavabən isə nazir Çavuşoğlu deyib ki, Türkiye və Liviya şirkətləri ilə kəşfiyyat və qazma kimi həm quruda, həm dənizdə, həm də səlahiyyətimizdə olan sahələrdə qazan-qazan anlayışı ilə əməkdaşlıq etməyi hədəfləyirik.

M.Çavuşoğlu Türkiyenin Aralıq dənizini bütün sahilyanı ölkələrin faydalanacağı sülh dənizinə çevirməkdə qətiyyətli olduğunu vurğulayıb:

"Bu səbəbdən prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Avropa İttifaqına da birgə "Şərqi Aralıq dənizi Konfransı" təklif edib. İndi bu məsələ ilə bağlı Avropa İttifaqından müsbət cavab gözləyirik".



Әlaqәli Xәbәrlәr