Terrorla mübarizə çərçivəsində daha 12 terrorçu zərərsizləşdirilib

Türkiyenin Siirt vilayətinin Pərvarivsəbəsinin çöl ərazisində bölücü terror təşkilatı PKK üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

1888025
Terrorla mübarizə çərçivəsində daha 12 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyat bölgəsinə hücuma cəhd edən bölücü terror təşkilatı PKK/YPG-dən 7 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, terrorçuları qazdıqları çuxurlarda basdırmağa davam edəcəyik. Suriyanın şimalındakı "Sülh çeşməsi" əməliyyatı bölgəsinə hücuma cəhd edən 7 PKK/YPG terrorçusu Türkiye Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib.

Türkiyenin Siirt vilayətinin Pərvarivsəbəsinin çöl ərazisində isə, bölücü terror təşkilatı PKK üzvü olan 3 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, "Eren Abluka-Payız-Qış 1 Şəhid jandarm leytanant İsmail Can" əməliyyatı çərçivəsində dünən Siirt vilayətinin çöl bölgələrində bölücü terror təşkilatından 3 terrorçu silahları ilə zərərsizləşdirilib.

Açıqlamada bölgədə əməliyyatların davam etdiyi qeyd edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada İraqın şimalındakı Metina bölgəsində aşkarlanan daha 2 PKK terrorçusunun Türkiye Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib.

Açıqlamada "Son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz əzm və qətiyyətlə davam edəcək” ifadəsi yer alıb.



Әlaqәli Xәbәrlәr